"20 yaşım var, artıq qocalıram" - ULDUZ FUTBOLÇU

"Borussiya"nın futbolçusu Yussufa Mukoko Bundesliqanın tarixinə düşüb. Kamerunlu futbolçu 16 yaş 1 günlüyündə komandasının "Herta" ilə qarşılaşmasında meydana ayaq basmaqla Almaniya çempionatları tarixinin ən gənc futbolçusu kimi yadda qaldı.

Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, Mukokoya qədər komandanın gənc və perspektivli üzvlərindən sayılan Erlinq Holann komanda yoldaşının debütü haqda bunları deyib: "Fikrimcə, Mukoko bu dəqiqə dünyanın ən talantlı futbolçusudur. Bundesliqada 16 yaş 1 günlüyündə meydana çıxmaq - bu, sadəcə, fantastikadır. Yussufu parlaq karyera gözləyir. Özümə gəlincə, 20 yaşım var, artıq qocalıram".

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilər bir-birini qırdı: Polkovnik öz əsgərlərini güllələyir... - ANBAAN VİDEO

SONRAKI XƏBƏR

Lənkaran İcra Başçısı Şəhidə Hörmətsizlik Etdi-Qalmaqal-VİDEO