"Dayanmaq istəmirdim, üçüncü qolu vurmağa çalışırdım" - Krivotsyuk

"Dayanmaq istəmirdim, üçüncü qolu vurmağa çalışırdım" -  Krivotsyuk

"Əslində, oyun haqda təəssüratlarım birmənalı deyil. Çünki böyük hesabla qalib gəlsək də, səhvlərimiz çox oldu. Xüsusilə mən kobud səhvlər etdim. Bununla belə, dubla imza atdım. Dayanmaq istəmirdim, üçüncü qolu da vurmağa çalışırdım”.
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Anton Krivotsyuk Premyer Liqanın 10-cu turunda səfərdə "Qəbələ"yə qalib gəldikləri oyundan (4:1) sonra deyib.
Görüşdə dubl edən müdafiəçi yeni baş məşqçi Samir Abasovla bağlı fikirlərini də bildirib: "Bu məşqçini çoxdan tanıyıram. Əvvəllər onunla işləmişəm. Ümid edirəm, öz futbol fəlsəfəsini bizim oyuna gətirəcək. Onunla işləmək çox yaxşı və rahatdır. Hələ ən yaxşı oyunumuzu göstərmirik. Zaman keçdikcə buna nail olacağıq”.

Mənbə: qol.az