Almaniya Bundesliqasında VIII tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, son gündə 2 oyun olub.
Axırıncı pillədə qərarlaşan “Mayns” səfərdə “Frayburq”u Jan-Filip Matetanın het-triki sayəsində məğlub edərək, cari mövsümdə ilk qələbəsini qazanıb.
Çempionata uğurlu başlanğıc edən “Union” autsayderlər zonasında qərarlaşan “Köln”ü də səfərdə üstələməyi bacarıb.
Bundesliqada IX turun oyunları 27-29 noyabr tarixlərində keçiriləcək.
Almaniya Bundesliqası
VIII tur
22 noyabr
“Frayburq” – “Mayns” – 1:3
Petersen, 63 – Mateta, 2, 34, 40
“Köln” – “Union” – 1:2
Şkiri, 36 – Avoniyi, 27, Kruz, 72
Mənbə: apa.az