Dizi üstə oturmadığı üçün oyunlara buraxılmır

Dizi üstə oturmadığı üçün oyunlara buraxılmır

Rusiyalı futbolçu ABŞ-da qeyri-adi halla üzləşib.

Offsideplus.az "Sport-Ekspress"ə istinadla xəbər verir ki, adıçəkilən ölkənin 2-ci liqasında mübarizə aparan "Ostin Bould"un üzvü Valeri Saramutin komandanın məşq və oyunlarına buraxılmır. Səbəbi olduqca maraqlıdır.

Belə ki, son vaxtlar ABŞ-da çempionat oyunları rasizmə qarşı çıxmaq xarakterlı "Black Lives Matter" (qaraların həyatı önəmlidir) aksiyası ilə başlayır ki, bunun üçün futbolçular hakimin start fitindən əvvəl bir neçə saniyə bir dizi üstə oturmalıdır. Moskva "Dinamo"sunun sabiq yarımmüdafiəçisi avqustun 31-də "Oklohamo" ilə oyundan əvvəl aksiyaya qoşulmaqdan imtina edərək hamı dizini yerə qoyanda o əyləşməyib.

Bundan sonra Valerinin qara günləri başlayıb. Futbolçu müqavilə şərtlərini yerinə yetirərək məşqlərə qatılsa da, oyunlarda iştirakına imkan verilmir. Hamı onunla soyuq davranır, oyunlar zamanı isə baş məşqçi Saramutinin fiziki cəhətdən hazır olmadığını deyir.

FİFA-yla UEFA-nın təlimatlarında hər nə qədər siyasəti idmana qatmağın doğru olmadığı deyilsə də, görünür, bu deyim keçərli deyil.

Mənbə: offsideplus.az