"Qarabağ"la görüşdən əvvəl "Sivasspor"da itki

"Qarabağ"la görüşdən əvvəl "Sivasspor"da itki

UEFA Avropa Liqasının qrup məehələsində "Qarabağ"ın rəqibi olan "Sivasspor"da koronavirusa yoluxma halı qeydə alınıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son testlər nəticəsində klubdan iki nəfərin virusa yoluxduğu aşkarlanıb. Adları açıqlanmayan şəxslərdən biri klub işçisi, digəri isə futbolçudur.

Bununla da "Sivasspor"da koronavirus aşkarlanan oyunçuların sayı 6-ya çatıb..

Mənbə: offsideplus.az