Yerli startap "Eleven Kings" oyunu yarım milyon dollar investisiya əldə edəcək

Yerli startap "Eleven Kings" oyunu yarım milyon dollar investisiya əldə edəcək

Ötən ilin Sentyabr ayında istifadəyə verilən, azərbaycanlı startapçılar tərəfindən yaradılan "Eleven Kings" futbol menecer oyunu xarici investisiya cəlb etməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, etibarlı mənbələrdən daxil olan məlumata görə son həftələrdə investorlarla aktiv müzakirələr baş tutub və müzakirələrdən biri yekunlaşmağa doğru gedir. Razılıq baş tutarsa Eleven Kings şirkətinin əldə edəcəyi investisiyanın 0.5 milyon dollar olacağı deyilir.

Mövzu ilə bağlı startapın təsisçisi Orxan Rzayevdən daha ətraflı məlumat əldə etməyə çalışacağıq.

Qeyd edək ki, "Eleven Kings" futbol menecer oyunudur. Startap 2017-ci Bakıda təsis olunub, 2020-ci ilin Mart ayında İsveçrənin Lozanna şəhərində şirkətləşib. "Eleven Kings" bunadək futbol ulduzu Ronaldinyo ilə əməkdaşlıq razılığı əldə edib, İngiltərə Premyer Liqa klubu "Şeffild Yunayted"lə ilə parnyorluq edib. Orxan Rzayev açıqlamalarında bu ilin əvvəlindən etibarən xarici investorlarla danışıqlar apardıqlarını qeyd etmişdi.

Mənbə: offsideplus.az