“Qalatasaray” “Kayserispor”la matçda xal itirib

Türkiyə Super Liqasında IX tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun son günündə bir oyun keçirilib.

“Qalatasaray” öz meydanında “Kayserispor”la görüşüb. İstanbul təmsilçisi penalti zərbəsi ilə hesabı açsa da, üstünlüyünü qoruya bilməyərək xal itkisi ilə üzləşib.

Qeyd edək ki, növbəti turun oyunları noyabrın 27-30-da baş tutacaq.

Türkiyə Super Liqası
IX tur
23 noyabr
“Qalatasaray” – “Kayserispor” - 1:1
Diaqne, 62 (pen.) – Kampanharo, 71

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Savaş başlayanda Paşinyan dedi ki, Putinə...” – Şok açıqlama

SONRAKI XƏBƏR

ŞAD XƏBƏR: Artıq hamı ev tikə bilər - Ev tikmək üçün rüsum və icazəyə EHTİYAC YOXDUR