II Liqada 5-ci tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.
Yeddi qolun qeydə alındığı “Göygöl” – “Dinamo” matçında meydan sahibləri qələbə qazanıblar. “Füzuli” – “Şəfa” oyununda da birincilər üstün olublar. “Kürmük Qax”ın qonağı olan “Qusar” inamlı qələbəyə sevinib. “Şahdağ Qusar” isə səfərdə “Şəki Siti”yə 5 cavabsız qolla qalib gəlib.
İkinci Liqa 5-ci tur
3 oktyabr
“Füzuli” – “Şəfa” 2:1
Qollar: Rəvan Abbasov, 1. Loğman Əliyev, 43-öz qapısına – İbrahim İsmayılov, 29.
Bakı. “ASK Arena”, 13:00.
“Kürmük Qax” – “Qusar” 1:3
Qollar: Kazbek Qafarov, 90+3-öz qapısına – Aslan Hüseynov, 5. Şahmar Sədiyev, 16. Sərxan Ağayev, 39.
Qax OİK stadionu, 14:30.
“Şəki Siti” – “Şahdağ Qusar” 0:5
Qollar: Tural Qürbətov, 7. Salman Atluxanov, 12. Afin Bağırov, 17. Mehdi Rəsulov, 72. İlqar Hüseynov, 75.
Şəki şəhər stadionu, 15:00.
“Göygöl” – “Dinamo” 4:3
Qollar: Vüsal Mehdiyev, 4. Fərid Məmmədov, 35. Kərim Vəliyev, 89. Ülvi Cəfərov, 90+4 – Yusif Cəfərov, 53. Elmin Əsgərli, 57; 61.
Göygöl OİK stadionu, 15:00.
Turun digər oyunları:
“Cəbrayıl” – “Kür-Araz” 1:0
“Şəmkir” – “Ağdaş” 3:2
“Lerik” – “Baku Sportinq” 0:2
Rəşad Rafiqoğlu, Bizim.Media
Mənbə: bizim.media