ÇL oyunu öncəsi koronavirus

ÇL oyunu öncəsi koronavirus

Müqavilə ilə "Real"a məxsus olan, icarə əsasında Dortmund "Borussiya"sında çıxış edən Reynier Jezus koronavirusa yoluxub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Onun karantinə alındığı bildirilib.

Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda sabah "Brügge" ilə qarşılaşacaq.

Mənbə: qol.az