"Liverpul"dan yeni rekord

"Liverpul"dan yeni rekord

İngiltərə Premyer Liqasının 9-cu turunda “Lester”ə qalib gələn (3:0) “Liverpul" rekorda imza atıb.
Qol.az xəbər verir ki, "qırmızılar" artıq ardıcıl 64 oyundur ki, öz meydanında məğlub olmur. Bu, klub tarixinin rekordudur. Komandanın daha əvvəlki ən yaxşı göstəricisi 1978-1980-ci illər aralığında qeydə alınıb. Həmin vaxt Mersisayd klubu ardıcıl 63 oyunda məğlub olmayıb.

Bu göstəricidə İngiltərə çempionatının rekordu isə “Çelsi”yə məxsusdur. “Zadəganlar” 2004-2008-ci illərdə ardıcıl 86 oyunda uduzmayıblar.

Qeyd edək ki, 9 turdan sonra 20 xal toplayan “Liverpul” “Tottenhem”lə liderliyi bölüşür.

Mənbə: qol.az