Salah komandaya geri dönür

Salah komandaya geri dönür

"Liverpul"un ulduzu Mohammed Salah koronavirusdan sağalıb.

Offsideplus.az xəbər verir ki, klubun baş məşqçisi Yürqen Klopp misirli futbolçunun milli komanda ilə məşqlərə qayıtdığını bildirib. Koronavirus testinin nəticəsi neqativ çıxan Salah, baş məşqçinin razılıq verəcəyi halda "Atalanta"ya qarşı oyuna çıxa biləcək.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda baş tutacaq "Liverpul" - "Atalanta" oyunu 25 noyabr 00:00-da başlayacaq.

Mənbə: offsideplus.az