UEFA İsveçrə - Ukrayna oyunu ilə bağlı məsələyə sabah baxacaq

UEFA İsveçrə - Ukrayna oyunu ilə bağlı məsələyə sabah baxacaq

Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunun koronavirus səbəbindən ləğv olunan İsveçrə - Ukrayna oyunu ilə bağlı məsələyə noyabrın 25-də baxılacaq.

101.az xəbər verir ki, qarşılaşma UEFA-nın sabahkı iclasında müzakirə olunacaq.

Daha əvvəl qalibin püşkatma yolu ilə müəyyənləşdiriləcəyi bildirilib. Bu görüş A Liqasında qalacaq komandanın adına aydınlıq gətirəcək. Son nəticələrə əsasən, Ukraynanın 6, İsveçrənin 3 xalı var. Qrupdakı ilk matçda Andrey Şevçenkonun başçılıq etdiyi komanda rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxması üzündən baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.

Mənbə: 101.az