Holanddan yeni rekord

Holanddan yeni rekord

Dortmund "Borussiya"sının futbolçusu Erlinq Holand Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qol.az xarici KİV-lərə istinadən verir ki, qrup mərhələsinin 4-cü turunda "Brügge"yə ilə matçda (3:0) dubl edən 20 yaşlı hücumçu turnirdə vurduğu qolların sayını 16-ya yüksəldib. Holand bununla da ÇL-də 15 qol səddinə ən tez çatan oyunçu olub. O, bu qolları 12 matçda vurmağı bacarıb.

Qeyd edək ki, bundan əvvəlki rekord Rud van Nistelroy və Roberto Soldadoya məxsus idi. Onlar 19 oyunda 15 qol vurublar.

Mənbə: qol.az