Əfran İsmayılov: “Koronavirus testim pozitiv çıxıb”

Əfran İsmayılov: “Koronavirus testim pozitiv çıxıb”

Millimizin sabiq futbolçusu, “Səbail” komandasının üzvü Əfran İsmayılov koronavirusa yoluxmasından danışıb.

Təcrübəli futbolçu Oxu.Az-a açıqlamasında özünü normal hiss etdiyini bildirib:

“Testim pozitiv çıxıb. Amma özümü yaxşı hiss edirəm. Dadbilmə qaydasındadır, temperaturum yoxdur. Amma komandanın məşqlərindən müvəqqəti olaraq kənarlaşdırılmışam. Bu gün növbəti dəfə test verəcəyəm”.

Səbuhi Musayev

Mənbə: www.oxu.az