"Üzr istəməyəcəyəm" - Tomas Tuhel

"Üzr istəməyəcəyəm" - Tomas Tuhel

PSJ-nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Leypsiq"lə matçda (1:0) pis oyun nümayiş etdirdikləri ilə bağlı söylənilən tənqidlərə münasibət bildirib.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Leypsiq"lə matçda daha çox müdafiə olunmalı idik və bunu da elədik. Bu səbəbdən üzr istəməyəcəyəm. Bu gecə təzyiqdən qurtulmaq mümkün deyildi, bunu qəbul etməliyik. Biz də hücum etmək istəyirik, amma bəzən mümkün olmur".

Qeyd edək ki, PSJ bu görüşdə "Leypsiq"ə qalib gələrək rəqibi ilə xallarını bərabərləşdirib. Paris təmsilçisi H qrupunda hazırda 6 xalla "Leypsiq"lə 2-3-cü pillələri bölüşdürür.

Mənbə: qol.az