Bundesliqa klubunda eyni səbəbdən 3 ayrılıq

Bundesliqa klubunda eyni səbəbdən 3 ayrılıq

Almaniyanın “Şalke” klubu üç futbolçusu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisinin mövsümə uğursuz başlaması rəhbərliyi islahatlara vadar edib.

Gelzenkirxen təmsilçisi yarımmüdafiəçilər Nabil Bentaleb, Amin Harit və hücumçu Vedad İbişeviçin müqaviləsinə xitam verildiyini bəyan edib. Hər üç oyunçunun məşqlərdə istənilən canfəşanlığı göstərmədiyi və işə həvəssiz yanaşdığı açıqlanıb.

Qeyd edək ki, Bundesliqanın geridə qalan 8 turunda cəmi 3 xal toplayan “Şalke” turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Mənbə: offsideplus.az