Lukaku “Real”da?

“İnter”in futbolçusu Romelu Lukaku karyerasını “Real”da davam etdirə bilər.

Qol.az “Don Balon”a istinadən xəbər verir ki, Madrid təmsilçisi hücum xəttində olan problemləri aradan qaldırmaq üçün 27 yaşlı oyunçunu qış transfer pəncərəsində almaq istəyir. “Kral klubu”nun belçikalı futbolçuya görə 85 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Lukaku “İnter”ə 2019-cu ilin yayında 83 milyon avro qarşılığında “Mançester Yunayted”dən keçib. O, bu mövsüm A Seriyasında 7 matça çıxaraq, 7 qol vurub və 2 qolun ötürməsini verib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Bələdiyyələrin fəaliyyətinə kömək və metodoloji yardım qaydası müəyyənləşib

SONRAKI XƏBƏR

Kəlbəcərin döyüşsüz azad edilməsi – yüzlərlə hərbçi ölümünün qarşısı alındı