La Liqa ötən həftə nələr ilə yadda qaldı?

La Liqa ötən həftə nələr ilə yadda qaldı?

Ötən həftə İspaniya La Liqasında nələr baş verdiklərinə bir daha nəzər salaq.

Offsideplus.az La Liqa-ya istinadən İspaniya futbolunda həftənin ən yadda qalan anlarını sizlərə təqdim edir.

"Real Sossyedad" zirvəyə tək başçılıq edir

"Real Sosyedad"ın mükəmməl performansı San Sebastiyanın komandasının ardıcıl 6-cı matçda da qazanması ilə davam edir. Bu dəfə "Kadiz"lə qarşılaşan "Sosyedad" Aleksandr İsakın qolu sayəsində 1:0 hesabı ilə qalib gəldi və hazırda La Liqada ilk pillədədir.

La Liqa klubları üçün xərcləmə limitləri açıqlandı

LaLiga klublarında 2020/21 mövsümü üçün xərcləmə limitləri bu həftə açıqlandı və bu mövsüm koronavirus böhranının təsiriylə əlaqədar bəzi düzəlişlər edildi. Bu iqtisadi nəzarətin məqsədi klubların imkanları daxilində pul xərcləmələrini təmin etməkdir.

Simeonenin "Barsa" üzərində ilk La Liqa qələbəsi

Dieqo Simeone La Liqa çempionluğunu əldə etsə də, ötən həftəsonuna qədər "Barselona"ya qarşı heç bir matçda qalib gələ bilməmişdi. Yannik Karraskonun vurduğu qol "Barselona"nı məğlub etməyə bəs etdi.

"Qranada"nın əfsanəsi Pedro Fernandez vəfat etdi

74 yaşında vəfat edən Pedro Fernandez üçün bütün "qranada"lılar yas tuturdu. O, Əndəlüs klubunda 172 oyuna çıxaraq hələ də bu rekorda sahibdir. Keçmiş müdafiəçi karyerası boyunca bir müddət "Barselona"da da çıxış etmişdi.

"Barselona"nın zədə problemləri

Şənbə günü "Atletiko Madrid"ə uduzmazından əlavə "Barselona" çox ciddi itkilər də verdi. Görüş zamanı dizindən zədələnən Cerard Pike aylarca yaşıl meydanlardan uzaq qalacaq. İşləri daha da pis hala salan isə Serj Robertonun iki ay boyunca onu hərəkət etməyə imkan verməyəcək şəkildə zədələnməsidir. Ronald Kumanın müdafiədə görməli olduğu çox ciddi işləri var...

La Liqa ulduzları Almaniya ilə görüşdə fərqlənir

İspaniya ötən həftə Almaniyanı tarixə düşəcək şəkildə məğlub etdi: 6-0. Millidə çıxış edən futbolçuların əksəriyyəti İspaniya La Liqası klublarında çıxış edir. Belə ki, "Atletik", "Real Madrid", "Barselona", "Valensiya", "Vilyarreal", "Real Betis", "Atletiko Madrid" və "Real Sosyedad"ın oyunçularının hər biri zəfərə öz əlavələrini etdilər.

Unai Nunezdən yeni müqavilə

"Kosta Rika"ya qarşı qol vurmaq Unai Nunezin bu həftə etdiyi tək şey deyildi. 23 yaşlı müdafiəçi "Atletik" ilə 2025-ci ilə qədər davam edən yeni müqavilə imzaladı. Klubun digər anlaşmaları kimi bunda da hər hansısa bir sərbəst qalma ilə bağlı şərt yoxdu

Oyunların başlama vaxtı artıq məlumdur

La Liqa, keçən həftə bir neçə turun dəqiq tarixini və başlama vaxtını açıqlayıb. Azarkeşlər artıq Yeni il ərəfəsində əvvəl komandalarının 15-ci tura qədər bütün liqa matçlarında nə vaxt oynayacaqlarını dəqiq bilirlər.

Mənbə: offsideplus.az