Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşüb

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün İstanbul şəhərində Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə TFF-nin prezidenti Nihat Özdemir, birinci vitse-prezident Servet Yardımcı və baş katib Kadir Kardaş iştirak edib.

Elxan Məmmədov “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının İstanbulda keçirilməsinə şərait yaradılması və Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında ev oyunları üçün TFF tərəfindən eyni təklifin verilməsinə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından təşəkkürünü bildirib. AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.

 

Qol.az

ƏVVƏLKİ XƏBƏR

27 illik Kəlbəcər həsrətinə son (VİDEO)

SONRAKI XƏBƏR

Təsisçisi əcnəbilər olan təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması üçün yeni tələb müəyyənləşib