"Mançester Yunayted"də iki ciddi itki

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin "Başakşehir" klubuna 4:1 hesabı ilə qalib gələn "Mançester Yunayted" ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın iki müdafiəçisi - Viktor Lindelöf və Aaron Van-Bissaka İstanbul klubu ilə matçda zədələnib. Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib.

Lindelöf fasilədən sonra, Van-Bissaka isə oyunun 58-ci dəqiqəsində meydanı tərk edib. Onların vəziyyətlərinə tibbi müayinədən sonra aydınlıq gələcək.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ayrapetyanın “silinməz izlər”i silindi: Seperatçıların “istiqlal bəyannaməsi”nin müəllifi kimdir?

SONRAKI XƏBƏR

Maska taxmayanlara yaxınlaşıb “testim pozitiv çıxdı” dedi, vecinə almadılar - FOTO