"Yuventus"dan tarixi ilk

"Yuventus" UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Ferentsvaroş"a 2:1 hesabı ilə qalib gəlib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Turin klubu bu oyunda italyan müdafiəçilərin xidmətindən istifadə etməyib.

Bununla da, klubun yarandığı gündən bəri - 123 ildə ilk dəfə bir oyunda qapı və müdafiə xəttində yalnız legionerlər iştirak edib. Klub yarandığı gündən keçirdiyi 4371 rəsmi oyunun hər birində azı bir yerli müdafiəçi və ya qapıçının xidmətindən istifadə etmişdi.

Bu qələbədən sonra "Yuventus"un növbəti mərhələyə vəsiqə qazanması rəsmiləşib.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Maradona vəfat etdi - FOTO/VİDEO

SONRAKI XƏBƏR

Qurban Qurbanov: "Qələbə qazanmaq istəyirik"