Qurban Qurbanov: "Qələbə qazanmaq istəyirik"

Qurban Qurbanov: "Qələbə qazanmaq istəyirik"

"Başda Türkiyə olmaqla, hər zaman bizə dəstək olan ölkələrə təşəkkürümü bildirirəm. Bu, bütün türk dünyasının qələbəsidir".

PİA.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyə "Sivasspor"u ilə keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, komandası sabahkı matçda meydana qələbə üçün çıxacaq: "Çətin olacağını bilirik. Çünki heyətimizdə zədəli və cəzalı futbolçular var. Sabah iki qardaş ölkənin komandası qarşılaşacaq. Buna baxmayaraq, qələbə qazanmaq istəyirik". (Report)

 

 

Mənbə: pia.az