"Real" Benzemanın yerinə "İnter"in ulduzunu gətirəcək

"Real" Benzemanın yerinə "İnter"in ulduzunu gətirəcək

"İnter"in hücumçusu Romelu Lukaku ilə "Real Madrid" maraqlanır.

Offsideplus.az Don Balon-a istinadən xəbər verir ki, belçikalının hazırkı transfer dəyəri 85 milyon avro civarındadır. "Kral klubu" Lukakunu gələcəkdə heyətinə qatmağı planlaşdırır.

32 yaşı tamamlamağa hazırlaşan Kərim Benzemanın karyerası bitmək üzrədir. Belə ki, "Real Madrid" fransalı hücumçusunu əvəzləyə biləcək ən yaxşı oyunçunun Romelu Lukaku olduğunu düşünür.

Qeyd edək ki, Lukakunun "İnter" ilə müqaviləsinin bitməyinə hələ 4 il var.

Mənbə: offsideplus.az