Maradonanın ölümünə görə “Boka Xuniors”un oyunları təxirə salınıb

Libertadores kubokunun “Boka Xuniors” (Argentina) və “İnternasional” (Braziliya) oyunları təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna futbol əfsanəsi Dieqo Maradonanın ölümü səbəb olub.

Bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) verib. 1/8 final mərhələsinin noyabrın 26-da baş tutmalı olan ilk, dekabrın 3-də keçirilməsi planlaşdırılan cavab matçı bir həftə sonraya keçirilib. Komandalar ilk görüşünə dekabrın 3-də, cavab qarşılaşmasını 10-da çıxacaq.

Qeyd edək ki, bu gün 60 yaşında dünyasını dəyişən Maradonanın futbolçu karyerasında son klub “Boka Xuniors” olub.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

SONRAKI XƏBƏR

Aybəniz Haşımova bu uşaqdan yazıb ÇAĞIRIŞ ETDİ - FOTO