"Həbibin oyundan çıxmadığına yüz faiz əminəm"

"Həbibin oyundan çıxmadığına yüz faiz əminəm"

Oktyabrın 24-də müvəqqəti liqa çempionu Castin Qetjini yenən və karyerasını bitirdiyini açıqlayan Həbib Nurməhəmmədovun məşqçisi Xavyer Mendes açıqlama verib.

Fanat.Az xəbər verir ki, Mendes yüngül çəkidə UFC çempionu titulunu növbəti dəfə qoruyan dağıstanlının oktaqonla vidalaşmadığını bildirib:

"Heç kim Həbibin dəqiq nə demək istədiyini anlaya bilməz. Əbu-Dabidə Qetjini məğlubiyyətə uğradandan sonra çox emosianal idi. Yüz faiz əminəm ki, bu, Nurməhəmmədovun oyundan çıxması anlamına gəlməməlidir. USADA (United States Anti-Doping Agency) üçün test verirsə, deməli, heç yerə getməyib".

Fanat.Az

Mənbə: www.fanat.az