Eriksen İngiltərəyə qayıda bilər

Eriksen İngiltərəyə qayıda bilər

Milanın “İnter” klubunun danimarkalı yarımmüdafiəçisi Kristian Eriksen qış transfer pəncərəsində İngiltərə Premyer-liqasına qayıda bilər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 28 yaşlı futbolçu ilə Londonun “Arsenal”ı maraqlanır.

“İnter” 16 milyon avro müqabilində Eriksenlə vidalaşmağa hazırdır.

Danimarkalı futbolçu qışda “Tottenhem”dən Milan klubuna keçib.

 

Mənbə: lent.az