"Maradona həkimlərin səhv müalicəsi üzündən həyatla vidalaşdı" - İDDİA

"Maradona həkimlərin səhv müalicəsi üzündən həyatla vidalaşdı" - İDDİA

Dieqo Maradonanın ölümüylə bağlı ortaya yeni iddialar atılıb.

Fanat.Az xəbər verir ki, argentinalı jurnalist Martin Lemos, mərhum futbolçunun həkim səhvləri üzündən öldüyünü deyib:

"Bizə belə bir məlumat gəlib ki, Maradona həkimlərin səhv müalicəsi üzündən həyatla vidalaşdı. İnfarkt keçirdi, ancaq ona müdaxilə edən həkimlərdən heç biri bu haqda danışmadı, sadəcə öldüyünü dedilər”.

 

Mənbə: fanat.az