"Liverpul"a yaraşmayan göstərici

"Liverpul"a yaraşmayan göstərici

“Liverpul” 17 il sonra ilk dəfə Çempionlar Liqasının ev oyununda qapı çərçivəsinə dəqiq zərbə vura bilməyib.

Qol.az xəbər verir ki, “mersisaydlılar”ın antirekordu ötən gün qrup mərhələsinin 4-cü turunda “Atalanta” ilə matçda (0:2) qeydə alınıb. Komandanın qapıya göndərdiyi 4 zərbədən 1-nin qarşısı alınıb, 3-ü isə kənara gedib.

“Liverpul” belə nəticəni son dəfə 2003/04-cü illər mövsümündə göstərib.

Qeyd edək ki, “Liverpul” D qrupunda liderdir. “Ayaks” 7 xalla 2-ci, eyni xalı olan “Atalanta” 3-cüdür. Aktivinə xal yazdırmağı bacarmayan “Midtülland” isə sonuncudur.

Mənbə: qol.az