Pele Maradonanın vəfatından danışdı

Pele Maradonanın vəfatından danışdı

"Futbol kralı" Pele əfsanəvi futbolçu Maradonanın ölümü haqda danışıb.

Qol.az xəbər verir ki, o, "Reuters"ə açıqlamasında keçmiş dostunun vəfatına çox kədərləndiyini deyib:

"Dünya böyük bir əfsanəni, mən isə dostumu itirdim. Belə dostları itirmək kədərlidir. Şübhəsiz, biz bir dəfə topu harada isə səmada təpikləyəcəyik”.
Qeyd edək ki, Dieqo Maradona ötən gün 60 yaşında ürək tutmasından ölüb.

Mənbə: qol.az