"Qalatasaray" "191"lik hücumçu ilə danışıqlara başladı

"Qalatasaray" "191"lik hücumçu ilə danışıqlara başladı

Qış fasiləsində hücum xəttini gücləndirməkdə israrlı olan "Qalatasaray" daha forvardın keçiri üçün hərəkətə başlayıb.

Aleksis Sançesin "İnter"dən qoparmağın çətinliyini anlayan İstanbul təmsilçisi, işini ehtiyatlı tutmaqdadır. Belədə, diqqət əvvəlki illlərdə də adı transfer siyahısında olan oyunçuya yönəlib.

Offsideplus.az-ın "Fotomaç"a verdiyi məlumata görə, "sarı-qırmızılar" Ukrayna miillisinin və "Gent"in hucumçusu Roman Yaremçukun transferini bu ilin sonuna, uzağı yanvara qədər həll etmək niyyətindədir. Artıq bununla bağlı futbolçunun fransız agenti Kristof Henrotaya məlumat verilib.

Agent "Gent" rəsmiləri ilə danışdıqdan sonra "Qalatasaray" əməli fəaliyyətə başlayacaq. Təbii ki, belçikalıların istədiyi pul türklərin ürəyincə olarsa.

Qeyd edək ki, 2017-ci ildə Kiyev "Dinamo"sundan 2 milyon avroya alınan 191 sm. boyundakı Yaremçuk geridə qalan 3 il ərzində "Gent" formasında 124 oyuna çıxaraq 46 qola imza atıb. Üstəlik, 13 məhsuldar ötürmənin müəllifidir. Koronavirus testi müsbət çıxdığından, hazırda müalicə alır.

Mənbə: offsideplus.az