Klopp iki futbolçuya özlərinə klub axtarmalarını söylədi

Klopp iki futbolçuya özlərinə klub axtarmalarını söylədi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp futbolçular Divok Origi və Cerdan Şakirini komandada görmək istəmir.
Qol.az “Express”ə istinadən xəbər verir ki, alman mütəxəssis sözügedən oyunçulara özlərinə qış transfer pəncərəsində yeni klub axtarmalı olduqlarını söyləyib

"Liverpul" bu futbolçuların satışından ən az 15 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Şakiri bu mövsüm Premyer Liqada 2 oyunda iştirak edib və 1 qolun ötürməsini verib. Origi isə cəmi 1 dəfə meydana çıxıb.

Mənbə: qol.az