FIFA yeni reytinqi saytından niyə çıxardı? - SƏBƏB

FIFA yeni reytinqi saytından niyə çıxardı? - SƏBƏB

FIFA milli komandaların yeni reytinq cədvəlini saytından çıxarıb.

Offsideplus.az xəbər verir ki, quruma üzv olan federasiyalara göndərilmiş məktubda səbəb kimi argentinalı əfsanəvi futbolçu Dieqo Maradonın vəfatı göstərilib.

Qeyd edək ki, Azərbaycan millisi noyabr reytinqində 5 pillə irəliləyərək, 109-cu mövqedə qərarlaşıb.Yeni reytinq siyahısının nə zaman bərpa olunacağı ilə bağlı məlumat verilməyib.

Mənbə: offsideplus.az