Maradona ilə vida mərasimində azarkeşlər polislə toqquşdu

Ötən gün vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın vida mərasimində azarkeşlərlə polis arasında toqquşma baş verib.

Fanat.Az "La Nacion" nəşrinə istinadən xəbər verir ki, mərasimin başlamasından bir saat sonra bəzi fanatlar izdihamı dağıtmağa və yürüşü pozmağa cəhd göstərib.

Onlar Maradonanın meyitinin olduğu Buenos-Ayresdəki Kasa Rosad prezident sarayına girməyə çalışıblar. Bəzi azarkeşlərin polis məmurları ilə toqquşduqları bildirilir. Onlardan bəziləri hasarları sındırıb.

Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayıb və 48 saat davam edəcək.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağı müzakirə ediblər

SONRAKI XƏBƏR

Türkiyəli aktyor və ailəsi koronavirusa yoluxdu