UEFA Avropa Liqası: “Qarabağ” üstünlüyü əldən verdi YENİLƏNİR

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçında hesab dəyişib.

Oyunun 40-cı dəqiqəsində nominal qonaqların hücumçusu Aruna Kone penalti zərbəsi ilə hesabı bərabərləşdirib.

Hazırda oyunda hesab 1:1-dir.

**22:30

UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turu çərçivəsində “Qarabağ” bu gün “Sivasspor”la qarşılaşır.

Virtualaz.org bildirir ki, ölkədəki hərbi vəziyyətlə əlaqədar “Qarabağ” rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edir.

Azərbaycan çempionun start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Kevin Medina, Vild-Donald Gerye, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Uroş Matiç, Ovusu Kvabena, Tural Bayramov, Abdullah Zubir və Mahir Əmrəli yer alıb.

“Sivasspor”un ilk onbirliyində isə meydana Mamadu Samassa, Marselo Qoyano, Caner Osmanpaşa, Uğur Çiftçi, Robin Yalçın, Klaudemir, Faysal Fayr, Erdoğan Yeşilyurt, Hakan Arslan, Mustafa Yatabare və Kazimir Ninqa çıxıb.

Artıq hesab açılıb. Belə ki, oyunun 8-ci dəqiqəsində ağdamlıların futbolçusu Abdulla Zubir qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Microsoft-un problemli smartfonu Avropada satışa çıxarılacaq

SONRAKI XƏBƏR

iOS əsaslı Covid-19 tətbiqləri barədə xəbərdarlıq