Dieqo Maradona ilə vida mərasiminin vaxtı uzadılıb

Argentina hökuməti əfsanəvi futbolçu Dieqo Maradona ilə vida mərasiminin vaxtını uzadıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb argentinalıların bir qisminin onunla vidalaşmağa vaxt tapmamasıdır.

Buenos Ayresdəki Prezident Sarayı önündə futbol azarkeşləri ilə polislər arasında iğtişaş baş verdiyindən, bəzi insanlar narazılıqlarını bildiriblər və mərasimin vaxtı uzadılıb. Paytaxt küçələrinə sirayət edən qarşıdurma zamanı qiyamçılar polisə şüşə və daş atmağa başlayıblar. Onlara rezin güllələr və gözyaşardıcı qazla cavab verilib. Polisin vəziyyətə nəzarət etməkdə çətinlik çəkdiyi vurğulanıb.

Qeyd edək ki, 60 yaşlı Dieqo Maradona dünən evində ürəktutmasından vəfat edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Intel” çipli noutbuk nümayiş olunub

SONRAKI XƏBƏR

Amin Musayevin geri qaytarıldığına dair yayılmış video həqiqəti əks etdirmir