“Könüllü Yardım Fondu” “Ağsu Siti” İdman Klubunun vasitəsilə şəhid ailəsinə yardım göndərdi-Video- Foto

XəbərAl.az saytı xəbər verirki, “Könüllü Yardım Fondu” torpaqlarımızın azad edilməsi uğrunda aparılan döyüşlərdə şəhid olan Cəfərov Sübhan Mehman oğlunun Ağsu rayonunda yaşayan ailəsinə yardım göndərdi.
Zəruri ehtiyaclar arasında paltaryuyan maşın və qida məhsulları yer alıb.

Yardımlar “Ağsu Siti” İdman Klubunun vasitəsilə şəhidimizin ailəsinə çatdırılıb.

Klub üzvləri ailəni ziyarət edərək başsağlığı verib, ailənin yanında olduqlarını bildiriblər.

Söhbət zamanı məlum olub ki, Cəfərov Sübhanın şəhid olması xəbərini eşidən anası infarkt keçirib və hazırda müalicə alır. Atası isə yerimə qabiliyyətini itirib. Şəhidimizin atası əlil arabası alınması etdiyi müraciət dərhal “Könüllü Yardım Fondu”na çatdırılıb. Fonddan bildirilib ki, yaxın günlərdə araba alınaraq şəhidimizin atasına göndəriləcək.

Xatırladaq ki, “Ağsu Siti” idman kulubu Ağsu rayonundan olan şəhid ailələri və Qarabağ Qaziləri ilə mütamadi olaraq görüşüb onlara öz dəstəklərini göstərirlər.

Bizdə XəbərAl.az saytı olaraq bu xeyriyyə və vətənpərvər işlərində
“Ağsu Siti” idman kulubuna uğurlar arzu edirik.

Şəhidimizə Allahdan rəhmət diləyirik.

 

Xeberal.az

ƏVVƏLKİ XƏBƏR

Yeni “Apple” kompüterlərinin daxili komponentləri nümayiş olunub

SONRAKI XƏBƏR

Huawei şirkətinin gələn ilki P50 flaqman smartfon seriyası Kirin prosessorunu əldə edə bilər