"Yuventus" Dibala ilə razılığa gələ bilmədi

"Yuventus" Dibala ilə razılığa gələ bilmədi

"Yuventus" hücumçusu Paulo Dibala ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.

Fanat.Az "La Stampa"ya istinadən xəbər verir ki, futbolçu klubun şərtlərini qəbul etməyib. İllik 15 milyon əməkhaqqı istəyən 27 yaşlı Dibala turinlilərin rəhbərliyinə maaşla bağlı güzəştə getməyib. Ön xətt oyunçusu "Yuve" rəsmilərinin illik 10 milyon avro əməkhaqqı və müxtəlif bonuslar təklifini geri çevirib.

Buna baxmayaraq, klub qüvvədə olan anlaşmasının müddəti 2022-ci ilin yayında bitəcək argentinalıyla müqavilə yeniləmə fikrindən dönməyib. "Yuventus" rəhbərliyi sözügedən futbolçuyla danışıqları gələn il bərpa edəcək.

Fanat.Az

Mənbə: fanat.az