“Neftçi”nin sabiq futbolçusu Maradona ilə bağlı xatirəsini paylaşdı - VİDEO

“Neftçi”nin sabiq futbolçusu Maradona ilə bağlı xatirəsini paylaşdı - VİDEO

“Neftçi”nin sabiq futbolçusu, hazırda “Sabah” klubunda Müşahidə Şurasının üzvü olan İqor Ponomaryov iki gün əvvəl dünyasını dəyişmiş əfsanəvi Dieqo Maradona ilə bağlı xatirəsini paylaşıb.

O, “Facebook” paylaşımında 1979-cu ilin 7 sentyabrında Yaponiyanın paytaxtı Tokioda keçirilmiş yeniyetmələr arasında dünya çempionatının finalını xatırladıb.

Ponomaryov Argentina – SSRİ matçının 76-cı dəqiqəsində cərimə zərbəsindən qol vurmuş Dieqo Maradonanın sevinc anını paylaşıb.

Qeyd edək ki, həmin matçda hesabı 52-ci dəqiqədə İqor Ponomaryov açıb (o həmin mundialda dörd qol vurub – S.M.). Bundan sonra üç qol vuran Argentina millisi 3:1 qalib gələrək yeniyetmələr arasında dünya çempionu olub. Mundialda altı qol vurmuş və komanda yoldaşı Ramon Diasdan (səkkiz qol vurub – S.M.) sonra ikinci bombardir olmuş yeniyetmə Dieqo Maradona isə həmin dünya çempionatının Qızıl Top mükafatını qazanıb.

Mənbə: milletinsesi.info