"Mançester Yunayted" kiberhücuma məruz qalıb

"Mançester Yunayted" kiberhücuma məruz qalıb

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi "Mançester Yunayted" futbol klubunun kompüter sistemlərinə edilən kiberhücumun nəticələrinin aradan qaldırılmasına kömək edir.

"APA-Economics" xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazır.

İngiltərə Premyer Liqasının klubu kibermüdaxilənin 20 noyabrda baş verdiyini təsdiqləsə də, azarkeşlər və müştərilərlə əlaqəli hər hansı şəxsi məlumatların oğurlanmasından xəbərsiz olduqlarını bildirib.

Kiberhücumdan bir həftə keçsə belə klubun elektron poçt sistemi və bəzi digər funksiyaları hələ də əlçatan deyil. Klubun kompüter şəbəkələri fırıldaqçı proqrama yoluxduğu qeyd olunur. Kiberhücuma kimin cavabdeh olduğu və kibercinayətkarların nə tələb etdiyi hələ də bilinmir.

Hücum zamanı istifadəçilərin və ya müştərilərin şəxsi məlumatlarının oğurlandığını təyin edilərsə, "Mançester Yunayted" böyük cərimələrlə üzləşə bilər.

Mənbə: apa.az