De Byazi “The Best” mükafatını bu hücumçunun qazanmasını istəyir

De Byazi “The Best” mükafatını bu hücumçunun qazanmasını istəyir

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin FIFA-nın “The Best” mükafatı üçün Almaniya "Bavariya"sında çıxış edən Polşa millisinin hücumçusu Robert Levandovskiyə səs verəcəyini açıqlayıb.

xəbər verir ki, 64 yaşlı mütəxəssis "Sportowefakty" nəşrinə müsahibəsində bu barədə danışıb: "Birincisi, son vaxtlar onu ən yaxşı hesab edirəm. İkincisi, nəhayət nəsə dəyişməlidir. Son illərdə dəfələrlə Messi və ya Ronaldu bu ada layiq görülüb. Artıq yeni oyunçunun seçilməsinin vaxtıdır. Çünki Levandovski uzun müddətdir zirvədədir. Digər mövqelərə gəldikdə isə, Məhəmməd Salah və Kriştianu Ronaldunun oyununa valeh oluram. Xüsusilə portuqaliyalı məndə böyük təəssürat yaradır. O, qeyri-adi futbolçudur".

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək.

Mənbə: offsideplus.az