AMADA-nın rəhbəri WADA-nın məşvərət qrupunun konfransında iştirak edib

AMADA-nın rəhbəri WADA-nın məşvərət qrupunun konfransında iştirak edib

Ümumdünya Antidopinq Agentliyinin (WADA) milli antidopinq təşkilatları üzrə məşvərət qrupunun növbəti videokonfransı olub. SİA xəbər verir ki, konfransda Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru, ali qurumun məşvərət qrupunun üzvü Şəfəq Hüseynli də iştirak edib.

Məşvərət qrupu WADA rəhbərliyinə milli antidopinq təşkilatlarına dair ekspert məsləhəti vermək və dəstək göstərmək məqsədilə yaradılıb. Qrup dünyanın müxtəlif ölkələrini təmsil edən dopinqlə mübarizə sahəsində tanınmış 10 ekspertdən ibarətdir. AMADA-nın direktoru Şəfəq Hüseynli 2019-cu ildə məşvərət qrupuna üzv seçilib.

Mənbə: sia.az