Özünü İbrahimoviçə oxşadan azərbaycanlı klub rəsmisi - FOTO

Özünü İbrahimoviçə oxşadan azərbaycanlı klub rəsmisi - FOTO

Bir müddət öncə mətbuat səhifələrini bosniyalı basketbolçunun şəkilləri bəzəyirdi.

Xarici görünüşünə görə Zlatan İbrahimoviçin eynisi olan Nihad Dedoviçin şəkilləri uzun müddət gündəm olmuşdu. Hətta idmançılar arasındakı məşhur zarafat indiyə qədər unudulmayıb.

Offsideplus.az xəbər verir ki, növbəti "İbrahimoviç" Azərbaycanda tapılıb. Tapılmayıb, daha doğrusu həmin şəxs məşhur futbolçuya bənzədiyini özü kəşf edib. Belə ki, Birinci Divizionda yarışan "Turan Tovuz"un mətbuat katibi Süleyman Tağıyev sosial şəbəkə hesabında öz fotosunu paylaşaraq, ingilis dilində "mən Zatanam" sözlərini yazıb.

Bu da həmin şəkil.

Mənbə: offsideplus.az