Misirin "Əl-Əhli" klubu Afrika Çempionlar Liqasının qalibi olub

Misirin "Əl-Əhli" futbol klubu Afrika Çempionlar Liqasının qalibi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qahirə beynəlxalq stadionunda keçirilən final oyununda Misirin "Zamalek" və "Əl-Əhli" komandaları üz-üzə gəliblər.

Həlledici görüş "Əl-Əhli" komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, klub tarixində doqquzuncu dəfə bu turnirin qalibi adını qazanıb.

Qeyd edək ki, Qahirə təmsilçisi turnir tarixində qələbələrin sayına görə rekorda imza atıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Erməni uşaqlar Xankəndində məktəbə Putinin portreti  və separatçı "bayraq"la getdi...-FOTO

SONRAKI XƏBƏR

Fransanın ikili mövqeyi - VİDEO