"Mançester Yunayted"in sabiq futbolçusu Meksika klubunda

"Mançester Yunayted"in sabiq futbolçusu Meksika klubunda

"Mançester Yunayted"in sabiq müdafiəçisi Antonio Valensiya karyerasını Meksikada davam etdirəcək.

Qol.az xəbər verir ki, 35 yaşlı futbolçu "Keretaro" klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb .

Valensiya, 2019-cu ilin yayında "Mançester "Yunayted"lə10 mövsüm keçdikdən sonra Ekvadorun "LDU Quito" klubuna transfer olunub. O, 2020-ci ilin iyul ayında azad agent olub.

Mənbə: qol.az