"Zirə"nin qapısına qol vurmaq çətin idi" - Samir Abasov

"Zirə"nin qapısına qol vurmaq çətin idi" - Samir Abasov

"Məncə həddindən artıq həyəcanlı oyun keçdi. Hər saniyədə oyunun taleyi həll oluna bilərdi. İki komanda da uduzmamaq istəyi ilə meydana çıxmışdı. Oyunda həddindən artıq qol epizodu olmadı. İkinci hissədə daha çox idi. Bu bizi sevindirir, inşallah ki, daha yaxşı komanda görəcəyik. Oyun haqqında başqa deyəcək bir söz yoxdur".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə" ilə qarşılaşmadan sonra baş tutan mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

42 yaşlı mütəxəssis bildirib ki, "Zirə"nin konsentrasiyalı, sıx və qol buraxmadan sərgilədiyi oyunda rəqib qapısına qol vurmaq çətin olub.

Mənbə: offsideplus.az