"Araz" Çempionlar Liqası ilə erkən vidalaşdı

"Araz" Çempionlar Liqası ilə erkən vidalaşdı

"Araz" klubu futzal üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.

101.az-ın məlumatına görə, Naxçıvan təmsilçisi ilkin mərhələdə Yunanıstanda AEK-lə qarılaşıb.

Afinadakı "Dias Sports Hall"da keçirilən görüşün əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu meydan sahibləri vurublar. Birinci dəqiqədə Manos Hadyidrodis hesabı açıb. 20-ci dəqiqədə Panu Autio fərqi artırıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissəyə daha yaxşı başlayan "Araz" 24-cü dəqiqədə təcrübəli oyunçusu Rizvan Fərzəliyevin qolu vurulan toplardan birinin əvəzini çıxıb. Cəmi 4 dəqiqə sonra Panu dubl edərək qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 29-cu dəqiqədə "Araz"ın heyətində Fineo qırmızı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq, 33-cü dəqiqədə Xətai Bağıraov fərqi azaldıb. 4 dəqiqə sonra isə Ramiz Çovdarov hesbı 3:3 edib.

Əsas və əlavə vaxtda hesab dəyişmədiyindən qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq (4:3) oynayan Yunanıstan klubu adını 1/16 final mərhələsinə yazdırıb.

101.az (report az)

 

Mənbə: 101.az