Premyer Liqa: Daha 3 oyunun hakimləri bilindi

Premyer Liqa: Daha 3 oyunun hakimləri bilindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha 3 oyunu üçün bütün təyinatlar açıqlanıb.

Fanat.Az xəbər verir ki, noyabrın 29-da keçiriləcək "Keşlə" - "Sabah" matçı İnqilab Məmmədova, "Səbail" - "Qarabağ" görüşü Elçin Məsiyevə həvalə olunub.

Noyabrın 30-dakı "Sumqayıt" - "Səbail" qarşılaşmasını isə Rəhim Həsənov idarə edəcək.

29 noyabr

14:00. "Keşlə” – "Sabah”

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

ASK Arena.

16:00. "Səbail” – "Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

ASCO Arena.

30 noyabr

16:00. "Sumqayıt” – "Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Asif Əliyev

Kapital Bank Arena.

Mənbə: fanat.az