Maradonanın meyiti ilə şəkil çəkdirən şəxs öldürüldü

Maradonanın meyiti ilə şəkil çəkdirən şəxs öldürüldü

Dieqo Armando Maradonanın meyiti ilə foto çəkdirən işçilərdən biri öldürülüb.

Offsideplus.az xəbər verir ki, bu barədə Argentina mətbuatında xəbər yayılıb. Naməlum şəxslər tərəfindən güllələnən işçinin cəsədinin şəhərkənarı ərazilərin birində tapıldığı bildirilir.

Qeyd edək ki, Maradonanın tabutunu açıb meyiti ilə şəkil çəkdirən iki şəxs sonradan işdən qovulmuşdular. Bir müddət öncə isə onlara ölüm təhdidləri gəldiyi bildirilmişdi.

Mənbə: offsideplus.az