“Yuventus” növbəti dəfə büdrədi - VİDEO

“Yuventus” növbəti dəfə büdrədi - VİDEO

Futbol üzrə İtaliya çempionatının IX turu çərçivəsində son çempion “Yuventus” növbəti dəfə xal itirib.

Turin komandası səfərdə “Benevento”nun qonağı olsa da, qələbə qazana bilməyib.

Portuqaliyalı ulduzu Kriştianu Ronalduya istirahət verilən bu görüşdə ispaniyalı hücumçu Alvaro Morata hesabı açsa da, ilk hissənin əlavə olunmuş dəqiqələrində meydan sahibləri hesabı bərabərləşdirib.

Morata 90+7-ci dəqiqədə idmançıya yaraşmayan hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb. Görüş isə 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Yuventus” cari mövsüm A Seriyasında məğlub olmasa da, əsasən bir qələbə, bir heç-heçə ardıcıllığı ilə çıxış edir.

Mənbə: www.oxu.az