"Araz" klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

"Araz" klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Araz” mübarizəni dayandırıb.

XeberOxu.Az-ın məlumatına görə, təmsilçimiz noyabrın 28-də ilkin mərhələ çərçivəsində Yunanıstan çempionu AEK-lə qarşılaşıb.

Oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. “Araz”ın heyətində Rizvan Fərzəliyev, İsa Atayev və Ramiz Çovdarov fərqlənib.

Penalti seriyasında 4:3 hesabı ilə qalib gələn AEK növbəti mərhələyə vəsiqə qazanıb.

Mənbə: www.xeberoxu.az